ABŞ-da müsəlmanlara qarşı seriya qətllər? - Şübhəli durum

9 Avqust 2022 10:53 (UTC+04:00)

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində müsəlmanlara qarşı törədilən qətllər gündəm olub.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabr ayından bəri biri əfqan, üçü pakistanlı olmaqla dörd müsəlman öldürülüb.

Amerika-İslam Münasibətləri Şurası qatilin və ya qatillərin tapılmasına kömək edəcək şəxsə 10 min dollar mükafat verəcəyini vəd edib. Həmçinin, yerli hökumət qatillər barədə məlumat verənə 20 000 dollar mükafat verəcəyini açıqlayıb.

ABŞ lideri CO Bayden isə hadisəyə münasibətini bildirərək istintaqın nəticəsini gözləyir. O sosial şəbəkə hesabındakı paylaşımında prezident administrasiyasının müsəlman icmasının yanında olduğunu qeyd edib.

Əsas şübhə doğuran məqam bu müsəlmanların eyni şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib-yetirilməməsidir.

Hüquq-mühafizə orqanları hələlik məsələyə aydınlıq gətirə bilməyib.