“Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirildi

9 Avqust 2022 12:52 (UTC+04:00)

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.