“Fərq etməz, necə rusdur...” – Zelenskidən şok sözlər

9 Avqust 2022 16:58 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrindən bütün Rusiya əhalisini əhatə edəcək səyahət sanksiyaları tələb edib.

Teleqraf.com xəbər verir ki, Zelenski Qərb ölkələrindən ruslar üçün viza qadağası tətbiq etməli olduğunu deyib.

Onun sözlərinə görə, Rusiyanın daha çox ölkəni ilhaq etməsinin qarşısını almağın yeganə yolu Rusiya vətəndaşlarının Qərb ölkələrinə girişinə qadağa qoymaqdır.

Zelenski Rusiya hökuməti ilə həmfikir olmayanların da cəzalandırılması ilə bağlı fikrinə görə edilən tənqidlə razılaşmayıb:

“Fərq etməz, necə rusdur - Rusiyaya qaytarın”.