Krımdakı partlayışlarda ölənlərin sayı 6 nəfərə çatdı

9 Avqust 2022 20:56 (UTC+04:00)

Rusiyanın nəzarətində olan Krımda bu gün baş verən partlayışlar nəticəsində 6 nəfər dünyasını dəyişib.

Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi aviasiya sursatlarının partlamasını təsdiqləyib.

Bildirilir ki, insidentin əsas səbəbi yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur.