“Bu, Putinin müharibəsidir” - Şolz bütün ruslara qadağa təklifini pislədi

11 Avqust 2022 18:15 (UTC+04:00)

Almaniya Kansleri Olaf Şolz Rusiya vətəndaşları üçün Şengen vizalarının dayandırılması təklifinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Almaniya kansleri bunun yaxşı təklif olmadığını bildirib.

“Bu, Putinin müharibəsidir, ona görə də bu fikri dəstəkləməkdə çətinlik çəkirəm”, - Şolz deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq Rusiya hakimiyyətində təmsil olunan insanlara qarşı sanksiyalar barədə qərar verib. Kansler qeyd edib ki, Almaniya bunu dəstəkləyəcək, amma o, bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı saymayıb.

Bundan əlavə, Şolz Rusiyanın Ukraynadakı hərbi cinayətlərini pisləyib və bu müharibəyə görə Prezident Vladimir Putinin məsuliyyət daşıdığını vurğulayıb.

Kansler bildirib ki, hərbi cinayətlərin açılması üçün bütün tədbirlər görüləcək.