“Yeni həyata doğru gedirik, ali qüvvələr...” – Ekstrasensin proqnozu

13 Avqust 2022 00:12 (UTC+04:00)

Ukraynalı ekstrasens Roman Şeptitski yaxın günlərdə müharibənin ciddi şəkildə kəskinləşəcəyini proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, ekstrasens Rusiyanın başlatdığı müharibədə Ukraynanın qələbə qazanacağını iddia edir.

“Tarix istənilən halda Ukraynanın qələbəsi ilə başa çatacaq. Bu, daha ali qüvvələr tərəfindən yazılmış ssenaridir. Yeni həyata doğru gedirik”, - Şepitski bildirib.

Onun proqnozuna görə, avqustun sonuna qədər Ukraynada müharibənin gedişatını daha da dəyişdirəcək bir sıra əlamətdar hadisələr baş verməlidir:

“Belə hadisələrdən biri artıq baş verib. Bu, avqustun 9-da Krımda baş verənlərdir”.

Şeptitski əlavə edib ki, qələbədən sonra Ukrayna uzun müddət özünü toparlamalı olacaq: “Ən azı üç-beş il. Bu illər narahatlıq içində keçəcək. Rusiya kimi qonşu ilə tam əmin-amanlıq içində ola bilməyəcəyik”.