FTB Trampın evindən 11 məxfi sənəd tapdı

12 Avqust 2022 23:44 (UTC+04:00)

ABŞ-ın sabiq prezidenti Donald Trampın evində aparılan axtarışlar zamanı 11 məxfi sənəd tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma zamanı üzərində “tam məxfi” yazılmış qovluqlar götürülüb.

Avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı evində nüvə proqramına dair sənədlərin axtarışlara başlayıb.

Tramp axtarışları qanunsuz sayıb.