Son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

13 Avqust 2022 19:07 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirusa 420 yeni yoluxma qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Teleqraf.com-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 804 585 nəfər koronavirusa yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər ölüb. Hazırda aktiv xəstə sayı 3 156 nəfərdir.

Azərbaycanda son sutkada 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.