“Qarabağ” - “Viktoriya” oyununun biletləri sabahdan satışda

13 Avqust 2022 21:51 (UTC+04:00)

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) oyununun biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Biletləri aşağıdakı satış məntələrindən əldə edə bilərsiniz.

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).