Gimnastlarımız V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazandı

14 Avqust 2022 14:01 (UTC+04:00)

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, onlar aerobika gimnastikası üzrə qarışıq cütlüklər arasında fəxri kürsüyə yüksəliblər.