“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetirdilər

14 Avqust 2022 16:47 (UTC+04:00)

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.