Həftəsonu yol qəzalarında 7 nəfər öldü

15 Avqust 2022 10:38 (UTC+04:00)

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.