Putin Kim Çen Ina məktub göndərdi - Cavab gecikmədi

15 Avqust 2022 12:44 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib.

Teleqraf.com xəbər verir ki, Şimali Koreyanın dövlət mediası (KCNA) Rusiya liderinin Moskva ilə Pxenyan arasında münasibətləri gücləndirməyə çağırdığını bildirib.

Putinin Kim Çen Ina göndərdiyi məktubda Rusiya və Şimali Koreyanın ikitərəfli konstruktiv əlaqələri inkişaf etdirməli olduğunu yazıb. Rusiya lideri məktubunda ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının Koreya və Şimal-Şərqi Asiyada təhlükəsizliyin və sabitliyin artırılmasına kömək edəcəyini bildirib.

“Röyter” məktubun avqustun 15-də Koreya Qurtuluş Günü üçün göndərildiyini iddia edib.

Kimin Putinə cavab olaraq göndərdiyi məktubda Rusiya-Şimali Koreya əlaqələrinin Yaponiyanın İkinci Dünya Müharibəsinin sonunda məğlub olmasından sonra qurulduğunu söyləyib: “İki ölkə arasındakı bu strateji və taktiki əməkdaşlıq, dəstək və həmrəylik o vaxtdan bəri düşmən hərbi qüvvələrinin təhdid və təxribatlarının qarşısını alacaq səviyyəyə yüksəlib”.

İkinci Dünya müharibəsində məğlub olan Yaponiyadan müstəqilliyini qazandığı gün Koreyada Qurtuluş Günü kimi qeyd olunur.