“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdi

15 Avqust 2022 17:33 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC apardığı monitorinqlərin nəticəsini və sərnişinlərin müraciətini nəzərə alaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edib.

Bu barədə Teleqraf.com-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:

▪️ 06:40-da - “Nərimanov” stansiyasından “Bakmil” stansiyasına;

▪️ 07:16-da - “Bakmil” stansiyasından “Nərimanov” stansiyasına.