Doqquz kəndin qazı dayandırıldı

15 Avqust 2022 20:12 (UTC+04:00)

Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilir ki, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.