Türkiyə Suriyada daha 4 terrorçunu məhv etdi

16 Avqust 2022 08:42 (UTC+04:00)

Türkiyə Silahlı Qoşunlarının xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının 4 üzvünü zərərsizləşdiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata əsasən, sözügedən terrorçular Türkiyə ordusunun "Sülh çeşməsi", "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonalarını atəşə tutublar.