“Qələbə bizim olacaq, Rusiya depressiyaya düşəcək” - Ekstrasens

16 Avqust 2022 12:58 (UTC+04:00)

Ekstrasens Lüdmila Xomutovska Ukraynada müharibənin nə vaxt bitəcəyi barədə proqnozunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Xomutovska Ukraynanın bu ilin ərzində qələbə qazanacağını iddia edib.

“Artıq müharibədə dönüş nöqtəsinin yarandığını görürük. Kiminsə xoşuna gəlsə də, gəlməsə də deyə bilərəm ki, Xersonun azad edilməsi prosesi gedir. Bu, yavaş-yavaş, demək olar ki, görünməz olacaq. Bunun daha sürətli olmasını istərdim, amma müharibələr həmişə tez başlayır, gec bitir. Bununla belə, sürətimizi artırırıq, Ukrayna hər gün daha da irəliləyəcək”, - ekstrasens bildirib.

Xomutovska əlavə edib ki, noyabrda Rusiya ilə danışıqlardan sonra Ukraynaya raket zərbələri davam edəcək, amma əvvəlki kimi tez-tez olmayacaq.

Bundan başqa, Xomutovska Ukraynanın tam qələbəsindən sonra Rusiyanın bir daha hücum edib-etməyəcəyinə də toxunub. Onun sözlərinə görə, Rusiya depressiyaya düşəcək və müharibəyə hazır olmayacaq.