İqtisadiyyat Nazirliyində yeni təyinat oldu

18 Avqust 2022 18:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu vəzifə Cavid Abdullayevə həvalə olunub.

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin (DTA) Beynəlxalq əlaqələr şöbəsinin xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri işləyib.

4SİM Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Mərkəz Azərbaycanla IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.