Ərdoğan Polşa Prezidenti ilə danışdı

18 Avqust 2022 23:19 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan, Polşa ərazisindən Ukraynaya edilən səfərə verdiyi dəstəyə görə polşalı həmkarına təşəkkür edib.

Prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini də vurğulayıb.