Bakıda avtomobil dirəyə çırpılaraq yandı

19 Avqust 2022 10:35 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, nəticədə avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.