Luqanskda döyüşlər qızışdı – Ukrayna ordusu rusların planını pozdu

19 Avqust 2022 12:14 (UTC+04:00)

Ukrayna ordusu gün ərzində Luqansk vilayətində Rusiya qoşunlarının ən azı səkkiz hücum əməliyyatının qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk vilayətinin Regional Hərbi Komandanlığı məlumat yayıb.

“Gün ərzində Luqansk vilayətində düşmənin 8 hücumu dəf edilib. Bu səylərin əksəriyyəti Baxmut istiqamətinə yönəlib. Hücum Luqansk vilayətinin kənd və şəhərlərindən təşkil olunur”, - məlumatda deyilir.

Rusiya qüvvələrinin Luqanskın işğal edilmiş səkkiz yaşayış məntəqəsinə aviasiya vasitələri cəlb etdikləri bildirilir.