“Rusiyanın qələbəsindən əsas faydalanan tərəf Ukrayna xalqı olacaq” - Patruşev

19 Avqust 2022 14:03 (UTC+04:00)

“Rusiya Kiyevdəki marionet rejimə qarşı mübarizə aparır və onun məğlubiyyətindən əsas faydalanan Ukrayna xalqı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Rusiya 2014-cü ildə qərblilərin təşkil etdiyi dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn marionet Kiyev rejimi ilə mübarizə aparır. Səkkiz ildir ki, yad dəyərlər təlqin edilən Ukrayna xalqı Kiyev siyasi elitası və oliqarxiyası arasındakı ultrasağ dəstələrin və onların himayədarlarının məğlubiyyətindən əsas faydalanan tərəfə çevriləcək”, - Patruşev söyləyib.