Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı

19 Avqust 2022 12:43 (UTC+04:00)

Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

O bildirib ki, bu seçkilər Prezident Rəcəb Tayyib Ərdoğanın ikinci dəfə iştirak edəcəyi seçkilər olacaq:

“Burada əlavə şərhə ehtiyac yoxdur. Gizli, ikimənalı nəsə axtarmaq lazım deyil”.