Ukrayna ordusu rusların yenidən qurduğu körpünü vurdu - Son durum

19 Avqust 2022 15:27 (UTC+04:00)

Ukrayna hərbi qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin yeni bərpa etdikləri Kaxov körpüsünü vurublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Xerson vilayəti Regional Komandanlığının rəis müavini Sergey Xlan məlumat verib.

Onun sözlərinə görə, “Cənub” Əməliyyat Komandanlığı Ukrayna Silahlı Qüvvələrinin rusların Kaxov körpüsünün təmiri və istifadəsi planlarını məhv etdiyini rəsmən təsdiqləyib.

“Rusların bizə dedikləri Antonovskinin “kəşfini” gözləyirik”, - Xlan bildirib.