Kissincerdən şok iddia: “Müharibə dərhal dayandırılmalıdır, əks halda...”

20 Avqust 2022 10:11 (UTC+04:00)

“Ukraynada müharibənin uzadılması eskalasiyaya yol aça bilər, hərbi əməliyyatlar danışıqlar yolu ilə mümkün qədər tez başa çatdırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Danışıqlar aparılmalıdır. Həmçinin, bu müharibəni qeyri-müəyyən müddətə qədər uzatmaqdan çəkinməyə tərəfdaram. Çünki belədə hər şey Birinci Dünya Müharibəsindəki kimi olacaq və yəqin ki, eskalasiyaya da yol açacaq. Ona görə də ümid edirəm ki, NATO ölkələri tezliklə danışıqların nəticəsinin nə olacağı və hansı nəticənin əldə oluna biləcəyi barədə öz aralarında razılığa gələcəklər”, - sabiq dövlət katibi bildirib.

Kissincer bundan əvvəl Ukrayna hakimiyyətini Moskvaya güzəştə getməyə və Rusiya rəhbərliyi ilə danışıqlara başlamağa çağırıb.

Amerikalı diplomatın çağırışı Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.