Bakıda qadına məxsus “Range Rover” qaçırıldı

22 Avqust 2022 16:33 (UTC+04:00)

Avqustun 20-də Bakıda qadına məxsus “Range Rover” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.