Azərbaycan və Türkiyənin XİN başçıları telefon danışığı apardı

23 Avqust 2022 17:56 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.