Azərbaycan XİN Ukraynanı təbrik etdi

24 Avqust 2022 12:03 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Milli Gün münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Ukraynanın Milli Günü münasibətilə Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, Ukrayna!”, - paylaşımda qeyd olunub.