Ötən gün yol qəzalarında 3 nəfər öldü

26 Avqust 2022 11:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyi ötən gün baş verən yol qəzaları ilə bağlı statistika açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, dünən respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.