BTE-nin qarşısında izdiham davam edir - Foto

6 Sentyabr 2022 16:27 (UTC+04:00)

Tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda məktəbli formalarının tikilib satıldığı Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır.

Yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini açıqlayıb. Yeni formaların istehsalına gec start verildiyi üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda problem yaranıb.

BTE-nin qarşısında uzun növbə müşahidə edilir.

Teleqraf.com fotoları təqdim edir:

FOTO: Elmin Zahidzadə