Hava ilə bağlı xəbərdarlıq - Sentyabrın 15-dək...

13 Sentyabr 2022 17:35 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.