Bərdədə əməliyyat – İki nəfər həbs edildi

16 Sentyabr 2022 12:57 (UTC+04:00)

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəbi Hüseynov və Əvəz Həşimov saxlanılıblar.

N.Hüseynovun yaşadığı ünvana baxış keçirilərkən 895 qram marixuana və çəkisi 120 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilib.

Ə.Həşimovun üzərində aparılan şəxsi axtarış zamanı isə ayrı-ayrı bükümlərdə qablaşdırılmış külli miqdarda heroin aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarları ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.