Şəhid Fərid Quliyevin nəşi evinə gətirildi

16 Sentyabr 2022 16:09 (UTC+04:00)

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Fərid Quliyevlə vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, şəhidin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib.

Şəhidlə qəsəbədə yaşadığı evində vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhidin nəşi Qaradağ rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.