Nensi Pelosi Ermənistana yola düşdü - Səfər proqramı

17 Sentyabr 2022 16:26 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Berlindən İrəvana yollanıb.

Teleqraf.com xəbər verir ki, dünən o, Almaniyanın paytaxtından bu gün İrəvana gələcəyini təsdiqləyib.

Pelosi dünən Berlində keçirilən G7 ölkələrinin spikerlərinin sammitində iştirak edib.

Amerika nümayəndə heyətini daşıyan “Boeing C-40C” təyyarəsi bir müddət əvvəl Berlin hava limanından ayrılıb və hazırda İrəvan yolundadır.

İrəvana eniş təxminən saat 19:00-da planlaşdırılır.

Nensi Pelosi anası tərəfdən erməni olan Nümayəndələr Palatasının üzvü Ceki Spir və Anna Eş, eləcə də palatanın komitə sədri Frank Pallone ilə Ermənistana gəlir.

Palata sədri səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslərlə görüşəcək. Görüşdü Ermənistan-ABŞ münasibətləri və bölgədəki vəziyyət müzakirə olunacaq.

Pelosi İrəvanda mətbuat konfransı keçirəcək, qondarma erməni soyqırımı abidəsini ziyarət edəcək.