ABŞ-dan Düşənbə və Bişkekə atəşkəs çağırışı

18 Sentyabr 2022 01:53 (UTC+04:00)

ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, - o qeyd edib.