Qoyun sürüsü "basqın" etdi, Tom Kruz çəkilişi yarıda saxladı

18 Sentyabr 2022 08:34 (UTC+04:00)

"Çətin tapşırıq" filminin sayca 8-ci hissəsinin çəkiliş meydançasında maraqlı hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, çəkiliş meydançasına qoyun sürüsü "basqın" edib. Hadisə Böyük Britaniyada baş verib.

Filmdə baş rolun ifaçısı Tom Kruz sürünün keçə bilməsi üçün heyvanlara yol verməli olub və çəkilişdə müvəqqəti fasilə yaranıb.

İnsidentin ümumi çəkiliş cədvəlinə təsir etməyəcəyi bildirilib.