Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

18 Sentyabr 2022 23:25 (UTC+04:00)

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib: "Musa Qurbanlı ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarə ediciləri var. Bu barədə fikir bildirə bilmərəm".