Ermənilərin itkiləri açıqlandı: 207 ölü, 293 yaralı

19 Sentyabr 2022 17:21 (UTC+04:00)

Sərhəddəki gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində 207 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.