KTMT missiyası Ermənistanda

20 Sentyabr 2022 20:51 (UTC+04:00)

Baş katib Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistana gəlib.

Məlumata görə, missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.

Qeyd edək ki, missiya mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.