Ermənistanda polis kapitanı öldürüldü

21 Sentyabr 2022 02:10 (UTC+04:00)

Ermənistanın Qeqarkunik rayonunun Çəmbərək icmasında polis kapitanı öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də saat 19:20-də polisə həyəcan siqnalı daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları Çəmbərək tibb mərkəzindən əlaqə saxlayıb. Məlum olub ki, mərkəzə çoxlu bıçaq xəsarətləri alan kişi meyitini gətiriblər.

Hazırda baş verən hadisənin motivləri araşdırılır.