Güzəştli kreditlərin 88 faizi regionların payına düşür - Nazir

21 Sentyabr 2022 14:55 (UTC+04:00)

Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72,1 milyon manat, o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, bu kreditlər hesabına 1 690 yeni iş yerinin açılması imkanı yaranıb.

“Güzəştli kreditlərin 71,4 %-i aqrar sektorun, 28,6 %-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88,2 %-i regionların, 11,8 %-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”, - nazir bildirib.