"Olimpiakos"un yeni baş məşqçisinin adı açıqlandı

21 Sentyabr 2022 15:48 (UTC+04:00)

"Olimpiakos"un yeni baş məşqçisi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Miçel Pirey təmsilçisinin yeni çalışdırıcısı olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 14 il "Real Madrid"in formasını geyinən 59 yaşlı mütəxəssis (1982-1996) "Marsel", "Sevilya", "Malaqa" komandalarına rəhbərlik edib.

Miçel 2013-2015-ci illərdə "Olimpiakos"un baş məşqçisi olub. O, son olaraq "Xetafe" klubunu çalışdırıb.

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"la ilk matçını oktyabrın 6-da səfərdə, cavab oyununu isə oktyabrın 13-də Bakıda keçirəcək.