Aysun İsmayılova həyat yoldaşından ayrıldı: "Yad olmuşdu"

21 Sentyabr 2022 18:01 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşı Eşqin Cəlilovdan ayrıldığı iddia olunub.

Teleqraf.com xəbər verir ki, İnstaqram hesabından Eşqin Cəlilovla birgə çəkilən fotolarını silən Aysun İsmayılova Nazim Hikmətin "Kan Konuşmaz" kitabında yer alan bu sözləri paylaşıb: "Kitabın sonu belə bitirdi: O ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi. Sevən yanılmış, sevilən yad olmuşdu".

Müğənni daha sonra isə "Artıq hər şey üçün çox gecdir",-deyə qeyd edib.

Məsələ ilə bağlı ifaçının köməkçisi isə saytımıza açıqlamasında "Lazım olsa özümüz məlumat verəcəyik",-deyə cavab verib.