Məmmədyarov qalib gəldi, Rəcəbov və Məmmədov isə...

21 Sentyabr 2022 22:22 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub.

Qadınların yarışında isə Günay Məmməzadə rəqibinə uduzub, digləri isə görüşlərini heç-heçə ilə başa vurub.