Şabranda ağır yol qəzası - Ölən və yaralanan var

22 Sentyabr 2022 09:54 (UTC+04:00)

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.

Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin - Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.