Beynəlxalq Hava Limanında kran aşdı - Ölən və yaralanan var

22 Sentyabr 2022 16:43 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Teleqraf.com xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: "Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb".