Müəllimi döydüyü deyilən məktəb direktoru danışdı: "Polis araşdırıb..."

22 Sentyabr 2022 17:12 (UTC+04:00)

Goranboy rayonunun Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov ibtidai sinif müəllimini döyməsi ilə bağlı haqqında çıxan xəbərə münasibət bildirib.

Direktor Teleqraf.com-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.

Onun sözlərinə görə, ibtidai sinif müəlliminin döyülməsi ilə bağlı yayılan məlumat hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Döyülmə olmayıb, bu, böhtandır. Polis araşdırıb əlavə məlumat verəcək.

Böhtan məktəbin müəllimi Fatma Musayeva tərəfindən atılıb. Niyə etdiyini qarşı tərəfdən soruşun”.

Qeyd edək ki, bu barədə ilkin məlumat REAL TV-nin qaynar xəttinə daxil olub. Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilib.