Dünyada demokratiya dövrü bitir? - Makrondan diqqətçəkən sözlər

22 Sentyabr 2022 21:43 (UTC+04:00)

“İndi dünya genişmiqyaslı “demokratiya böhranı”nın şahidi olur”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron CNN telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, böyük bir demokratiya böhranı var, mən bunu liberal demokratiya adlandırardım. Gəlin, məsələni aydınlaşdıraq. Niyə? Birincisi, ona görə ki, açıq cəmiyyətlər - açıq və çoxşaxəli demokratiyalar olanda bu, xalqlara təzyiq göstərir. Bu, onların sabitliyini poza bilər”, - deyən Fransa lideri böhranın illərlə davam edən təzyiqlər və sabitliyi pozan səylərdən sonra yetişdiyini iddia edib.

Onun sözlərinə görə, tarazlığı qorumaq üçün demokratiyalar sadə insanların istəklərinə hörmət etməli, orta təbəqənin maraqlarına uyğun davranmalı və müxtəlif mədəniyyətləri əhatə etməklə tərəqqidən danışmalıdır.

“Bəllidir ki, son bir neçə ildə açıq cəmiyyətlərə getdikcə daha çox təzyiq var, biz müxtəlif ölkələrdə “orta sinfin böhranı” adlandıracağım bir məqamdayıq”, - Makron söyləyib.