Rusiya Baydeninin təklifini dəstəklədi: "ABŞ, nəhayət, anladı ki..."

22 Sentyabr 2022 19:59 (UTC+04:00)

ABŞ Prezidenti Co Baydenin BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi təklifini Rusiya dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu fikri Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov xatırladıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi zərurətini çoxdan qeyd edib.

“Biz çoxdan hər iki kateqoriya üzrə Təhlükəsizlik Şurasının genişləndirilməsinə tərəfdarıq. Təqdirəlayiq haldır ki, nəhayət, Amerika nümayəndəsi Rusiyanın uzun müddətdir onun lehinə danışdığını açıqladı”, - Ryabkov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O xatırladıb ki, Rusiya Xarici işlər naziri bir çox ölkələrin Təhlükəsizlik Şurası daimi üzvlüyünə layiq olduğu fikrini səsləndirib.