"Media haqqında" qanunda da... - Müşfiq Ələsgərli

24 Sentyabr 2022 13:50 (UTC+04:00)

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi.

Teleqraf.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.
Müşfiq Ələsgərlinin sözlərinə görə, yeni qəbul olunmuş "Media haqqında" qanunda da həmin ifadə bu cür göstərilib.

O qeyd edib ki, yeni çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.

Növbəti dəyişiklik isə "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədardır.

Təklif səsə qoyulub və qurultay nümayəndələri tərəfindən qəbul olunub.